📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanada Putini "persona non-qrata" elan etdi

2022-05-18 12:39:00

Kanada Putini

Kanada 1000-ə qədər Rusiya vətəndaşının, o cümlədən prezident Putinin ölkəyə girişini qadağan edib. Bunu Kanadanın İctimai Təhlükəsizlik naziri Marko Mendiçino Tvitter hesabında yazıb.
“Putin rejiminin qəddar hücumu fonunda Kanada Ukraynanın yanındadır və biz Rusiyanı onun cinayətlərinə görə cavabdehlik daşımağa vadar edəcəyik. Buna görə də biz elan etmişik ki, təxminən 1000 rusiyalının, o cümlədən Putin və onun tərəfdaşlarının Kanadaya girişinə qadağa qoyuruq”, deyə nazir yazıb.
Onun sözlərinə görə, bu şəxslər Ukraynaya müdaxilədə iştirak etdiklərinə görə artıq Kanada tərəfindən sanksiyaya məruz qalıblar və bundan sonra onların da ölkəyə girişi qadağan olunacaq.

Ülviyyə, Hurriyyet.az