📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanada Rusiya əleyhinə qərar verdi

2023-03-11 16:05:00

Kanada Rusiya əleyhinə qərar verdi

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Kanada Rusiyadan alüminium və polad idxalının qadağan edildiyini bəyan edib. Bu addım Ukraynada müharibə apardığına görə, Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində atılıb.

Kanada indiyə qədər Rusiyanın 1600-dən artıq vətəndaşına və qurumuna qarşı sanksiyalar tətbiq edib, Ukraynaya 3,6 milyard dollar həcmində yardım edib.

Kanada 2021-ci ildə Rusiyadan 45 milyon dollarlıq alüminium və 213 milyon dollarlıq polad məhsul idxal etmişdi.

Hürr Tərcüman