Kanada Rusiyadan neft idxalını qadağan edəcək, Ukraynaya tankəleyhinə sistemlər göndərəcək
Hurriyyet.az xəbər veri ki, Kanada hökuməti Rusiya neftinin ixracını qadağan etməyi və Ukraynaya tankəleyhinə silahlar göndərməyi qərara alıb.
CBC teleşirkətinin məlumatına görə, bu barədə açıqlamanı Kanadanın Baş naziri Castin Trüdo verib.
Kanada Ukraynaya zirehli jiletlər, dəbilqələr, əleyhqazlar və gecəgörmə eynəkləri də göndərəcək.
Kanadanın Müdafiə naziri Anita Anand bildirib ki, Kanada Silahlı Qüvvələrinin cəbbəxanasından 100 ədəd Carl-Gustaf tankəleyhinə sistemi və çiyin silahları üçün 2000 ədəd raket göndəriləcək. Kanadanın Ukraynaya göndərəcəyi ölümcül silahların ümumi dəyərinin 7,8 milyon dollara bərabər olacağı bildirilir.
Trüdo Rusiya neftinin Kanadaya idxalının da qadağan ediləcəyini bildirib: “Bu gün biz Prezident Putinə və onun oliqarxlarına mənfəət gətirən sahəni – Rusiyadan xam neft idxalınını qadağan eləmək niyyətimizi bəyan edirik... Bu addımlar Prezident Putinin vəhşiliklərinə şərik olanlarında, öz hərəkətlərinin nəticələrindən qaça bilməyəcəklərinin təminatıdır”.
Hürr Tərcüman