📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanada Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək

2022-02-22 15:13:00

Kanada Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək

Kanada “DXR” və “LXR” adlanan separatçı qurumların müstəqilliyinin tanınması ilə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək.

Hurriyyet.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli deyib:

“Kanada tərəfdaşları və müttəfiqləri ilə birlikdə beynəlxalq hüquqa bu açıq-aşkar etinasızlığa sərt cavab verəcək.

Biz Rusiyanın Ukraynaya növbəti hərbi müdaxiləsinə cavab vermək üçün əvvəllər hazırlananlardan fərqli olacaq iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşırıq”, - deyə Coli bildirib.

Onun sözlərinə görə, Kanada Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə israrlıdır.

“Kanada prezident Putinin qərarını qətiyyətlə pisləyir. Bu, Minsk razılaşmalarının, BMT Nizamnaməsinin açıq-aşkar pozulması, o cümlədən regionun təhlükəsizliyi və sabitliyinə ciddi təhdiddir”, - deyə nazir bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiya tərəfindən “respublikaların” tanınması ilə əlaqədar “LDXR”ə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb .

Böyük Britaniya hökuməti də Rusiyaya qarşı sanksiyalar paketi hazırlayıb.

Yaponiya isə sanksiyalar çərçivəsində Rusiyaya qabaqcıl texnologiyaların ixracını məhdudlaşdırmağı planlaşdırır.

Musavat.com