📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanada Ukraynaya 200 ədəd zirehli “Senator” maşınları göndərir

2023-01-18 21:05:00

Kanada Ukraynaya 200 ədəd zirehli “Senator” maşınları göndərir

Yardımın həcmi 90 milyon dollardan artıqdır

Hurriyyet.az xəbər verir ki, Kanadanın Müdafiə naziri Anita Anand hazırda səfərdə olduğu Kiyevdə verdiyi açıqlamada ölkəsinin Ukraynaya 200 ədəd “Senator” zirehli maşınını verəcəyini bəyan edib.

Kanada hökumətinin açıqlamasında deyilir: “Bu yeni hərbi yardım paketi Ukraynanın konkret sorğusuna cavab olaraq təqdim edilir. Maşınlar Kanadanın “Roşel” şirkətində istehsal edilir. Bu yardım 90 milyon dollardan artıq dəyərə malikdir və Baş nazir Trüdo tərəfindən 2022-ci ilin noyabrında elan edilən 500 milyon dollar həcmində əlavə yardım paketi çərçivəsində verilir”.

“Senator” zirehli maşınları ən müasir, öz sinfinin ən yaxşı texnologiyaları ilə təchiz edilib, onlara asanlıqla silahlar quraşdırmaq olur. Bu maşınlar şəxsi heyəti və avadanlığı təhlükəsiz təhlükəsiz daşımaq, həmçinin tibbi evakuasiyanı həyata keçirmək imkanına malikdir.

Nazir Anand bu xəbəri ukraynalı həmkarı, Müdafiə naziri Aleksey Reznikovla görüşdən sonra birgə mətbuat konfransında açıqlayıb. Reznikov 2022-ci ilin fevralından bəri Ukraynaya ayrılan 1 milyard dollardan artıq həcmdə hərbi yardıma görə Kanadaya təşəkkürünü bildirib.

Bu yardıma müvafiq sursatları ilə birlikdə NASAMS zenit-raket sistemi, 39 zirehli hərbi dəstəkmaşını, tankəleyhinə silahlar, M777 haubitsaları və bir çox digər silah-sursat daxildir.

“Senator” maşınları polad kuzova və 50 kalibli silahdan açılan atəşə davam gətirə bilən şüşələrə malikdir. Ona görə də o, qumbara və ya mina zərbələrinə qarşı davamlıdır. Avtomobilin şinləri hərəkət zamanı nasosla doldurula bilən “Run Flat” sisteminə malikdir.

Hürr Tərcüman