Kanada Ukraynaya AIM-9 raketləri verəcək
2023-05-26 15:46:00
Hurriyyet.az xəbər verir ki, Kanadanın Müdafiə naziri Anita Anand ölkəsinin Ukraynaya 43 ədəd AIM-9 aviasiya raketini verəcəyini bəyan edib.
Anand Ukraynaya silah-sursat tədarükünün “plan üzrə” getdiyini qeyd edib. Kiyevə avtomatlar, pulemyotlar və güllə daraqları verilib, 5,56 mm kalibrli 1 milyon patronun və əlavə avtomat partiyasının yaxın həftələrdə göndərilməsi nəzərdə tutulur.
Hürr Tərcüman