Kanada Ukraynaya hərbçi göndərəcək
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Kanada Rusiya ilə gərginlik vəziyyətində olan Ukraynaya hərbçi göndərəcəyini bəyan edib.
Kanadanın Baş naziri Castin Trüdo qarşıdakı günlərdə Ukraynaya daha 60 nəfər hərbçi yerləşdirəcəklərini bildirib. Qeyd edək ki, hazırda Ukraynada 200 kanadalı hərbçi xidmət edir.
Kanadanın Müdafiə naziri Anita Anand ölkəsinin 30 min nəfərdən artıq ukraynalı hərbçiyə təlim keçdiyini bildirərək deyib: “Kanadanın hazırda edə biləcəyi ən böyük kömək insanlardır. Bu, təlim missiyasının əhəmiyyətini azaltmır”.
Kanada rəhbərliyi Ukraynanın Rusiya tərəfindən işğal edilməsindən narahat olduqlarını, bu sahədə kəşfiyyat məlumatlarını ABŞ ilə paylaşacaqlarını bildirib.
Castin Trüdo çərşənbə günü verdiyi açıqlamada Kanadanın hər zaman Ukraynanın dostu olduğunu və lazımi dəstəyi verəcəyini söyləyib.
Hürr Tərcüman