📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanada və daha üç ölkə İranı Beynəlxalq Ədalət Məhkəməsinə verəcək

2023-06-30 11:16:00

Kanada və daha üç ölkə İranı Beynəlxalq Ədalət Məhkəməsinə verəcək

Kanada, Böyük Britaniya, İsveç və Ukrayna cümə axşamı, iyunun 29-da Ukrayna sərnişin təyyarəsinin SEPAH tərəfindən raketlə vurulmasına İranın verdiyi altı aylıq cavab müddəti bitdikdən sonra bu işi Beynəlxalq Ədalət Məhkəməsinə verəcəklərini açıqlayıblar.
“PS752 Reysinin Qurbanları üçün Beynəlxalq Koordinasiya və Cavab Qrupu”nu yaradan həmin ölkələr bəyanat yayaraq, vurulan Ukrayna təyyarəsi ilə bağlı işin Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılmasının İranı bu məsələdə məsuliyyətə cəlb etmək üçün birgə səylərinin bir hissəsi olduğunu vurğulayıblar.

Ülviyyə, Hurriyyet.az