Kanadada 9000 illik işi 36 mikrosaniyədə tamamlayan yeni kvant prosessoru icad edildi
2022-07-07 14:09:00
Torontoda yerləşən "Xanadu" kompaniyasının tədqiqatçıları foton kvant kompüter çipini ən sürətli kompüterlərin və alqoritmlərin bacarmadığı problemləri həll etmək üçün istifadə ediblər. Kvant prosessoru 9000 illik işi 36 mikrosaniyədə tamamladı.Bu çip "Borealis" adlanır.
"Borealis" çipi kvant məlumatlarını ötürmək üçün işıq qığılcımlarından istifadə edir və tədqiqatçılar bunun kvant çipləri üçün irəliyə doğru böyük addım olduğuna inanırlar. “Nature” jurnalında dərc olunan məqaləyə görə, müasir alqoritmlər və superkompüterlərə, ən bahalı klassik hesablama sistemlərinə eyni işi yerinə yetirmək üçün 9 min il lazım olardı.
Ülviyyə, Hurriyyet.az