Kanadada daha 54 uşaq məzarı tapıldı...
Kanadanın Saskaçevan əyalətinin "Keeseekose First Nation" bölgəsindəki iki keçmiş kilsə internat məktəbində bu yaxınlarda başlatılan radar axtarışlarında 54 yeni məzar aşkar edilib.
"Keeseekose Fisrt Nation" rəhbəri Lee Kitchemonia, tədqiqatın layihə meneceri, özü də kilsə məktəbindən sağ qalan yerli Ted Quewezance ilə birgə mətbuat konfransı keçirdi.
Qış şəraitinin axtarışlara mənfi təsir etdiyini və işlərin hələ də davam etdiyini bildirən Kitchemonia bunları bildirib:
"Bu, bizim üçün çox ciddi bir gündür. Bu, bizə bağlanma imkanı verir, həm də daha çox suallar üçün qapı açır. Burada həqiqətən nə baş verdi? Cəmiyyətimiz üçün çox çətin bir zaman olacaq. Bu, bizim üçün çox çətin bir zaman olacaq. Biz bilirik ki, cəmiyyətimizdə hər gün maşın sürdüyümüz və piyada getdiyimiz kommunal ərazilərimizdə adsız qəbirlər var. Biz qəsdən onların yanından, onların üstündən keçirik. Mən heç vaxt orada qəbirlərin olduğunu fərq etməmişdim".
Ülviyyə, Hurriyyet.az