Kanadada Katolik Kilsəsinin ləğv edilməsi üçün kampaniya başladılıb
2021-08-06 17:56:00
Hurriyyet.org xəbər verir ki, kilsə internat məktəblərində yerlilərin övladlarının kütləvi şəkildə qətlə yetirildiyi barəsində faktlar üzə çıxdıqdan sonra Kanada Katolik Kilsəsinin xeyriyyə təşkilatı statusunun ləğv edilməsi üçün imza kampaniyası başladılıb. Qeyd edək ki, bu ölkədə müsəlmanlara məxsus xeyriyyə təşkilatlarının fəaliyyətinə icazə verilmir.
Kanadanın Vankuver şəhərində yaşayan Devid Tomson adlı şəxs change.org adlı internet saytı vasitəsi ilə imza kampaniyasına start verib. İndiyə qədər 6 min nəfərdən çox vətəndaş bu kampaniyaya imza atıb.
Tomson deyib: “Kanadanın yerli xalqı üçün ədaləti, bərabərliyi və haqqı dəstəkləməyə yardım eləmək istəyirəm”.