📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanadada meşə yanğınları səbəbindən 20 min nəfər təxliyə edildi

2026-08-10 17:11:24

Kanadada meşə yanğınları səbəbindən 20 min nəfər təxliyə edildi

Kanadanın qərbində sürətlə yayılan meşə yanğınları səbəbindən son sutka ərzində təxminən 20 min nəfər təxliyə edilib.

Hurriyyet.Media  CNN-ə istinadən xəbər verir ki, Britaniya Kolumbiyası əyalətinin Sammerlend və Piçlend şəhərlərinin sakinləri yanğının yaşayış evlərinə yaxınlaşması səbəbindən təcili şəkildə ərazidən çıxarılıblar.

Məlumata görə, bölgələrdən birində meşə yanğını bir neçə saat ərzində təxminən 50 kvadratkilometr ərazini əhatə edib.

Təbii fəlakət səbəbindən Britaniya Kolumbiyasında avqustun 8-də fövqəladə vəziyyət elan edilib.

Avqustun 9-u səhər saatlarınadək yanğınların ümumi sahəsi təxminən 100 kvadratkilometrə çatıb.