Kanadadakı Azərbaycan icmasının ölkənin XİN rəhbəri ilə görüşündə Qarabağda Azərbaycan irsinin məhvi haqda məlumat verilib
2023-04-13 14:14:00
Kanada Azərbaycanlıları İcmasının (Network of Azerbaijani Canadians) nümayəndələri bu ölkənin xarici işlər naziri Melani Coli ilə görüşüblər.
Görüşdə Qarabağda Azərbaycan irsinin kütləvi şəkildə məhv edilməsi barədə ona məlumat verilib. Bu barədə Azərbaycanlı Kanadalılar Şəbəkəsinin Twitter hesabında informasiya paylaşılıb .
Kanadanın icra və qanunvericilik orqanları nümayəndələrinin əksəriyyətinin ermənipərəst mövqeyini nəzərə alaraq, belə görüşlər erməni yalançı təbliğatına qarşı mübarizə və Azərbaycan həqiqətlərinin ölkənin əsas adamlarına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ülviyyə, Hurriyyet.az