Kanadadan İrana qarşı 10-cu sanksiya paketi...
2023-03-28 13:14:00
Kanada İran rəsmiləri və qurumlarına qarşı 10-cu sanksiya paketini tətbiq edib. Yeni sanksiyalar bu hədəflərə yönəlib.
▪️ İranın dron və ballistik raketlərin inkişafı proqramlarında fəal iştirak edən dövlət təşkilatlarına;
▪"insan hüquqlarını kobud və sistematik şəkildə pozan" yüksək rütbəli SEPAH və polis məmurlarına. Qeyd edək ki, sanksiyalar xüsusilə Tehranda, İranın Kürdüstan və Şərqi Azərbaycan vilayətlərində sadalanan cinayətləri törədən SEPAH üzvləri və polis məmurlarına aiddir.
Ülviyyə, Hurriyyet.az