📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanadadan İrana qarşı yeni sanksiyalar

2022-10-20 15:16:00

Kanadadan İrana qarşı yeni sanksiyalar

Hurriyyet.az xəbər “Yevropeyskaya Pravda” nəşrinə istinadla xəbər verir ki,  İranda etirazların zor gücü ilə yatırıldığını bəyan edən Kanada hökuməti bu səbəbdən ona qarşı sanksiyalar tətbiq elədiyini elan edib.  

İrandan olan bir qisim şəxslərə və şirkətlərə qarşı fərdi sanksiyalar tətbiq ediləcək. Bu barədə açıqlama Kanada hökumətinin iclasında verilib. Bu, Kanadanın İran rejiminə qarşı üçüncü sanksiya paketidir. Səbəb olaraq, “insan hüquqlarının kobud şəkildə pozulduğu və regional sülhün və təhlükəsizlliyin sabitliyini davamlı şəkildə pozmaq” davranışı göstərilir.

Hürr Tərcüman