Kanadadan Rusiyaya qarşı yeni qadağalar
2022-07-08 18:49:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynadakı müharibəyə etiraz əlaməti olaraq Kanada Rusiyadan bir sıra qızıl məhsullarının idxalını qadağan edib.
ABŞ, Kanada, Britaniya və Yaponiya Rusiyadan qızıl idxalının qadağan edilməsi barəsində birgə niyyətlərini Böyük Yeddilik qrupunun iyunun sonunda keçirilmiş sammitində elan etmişdilər.
Xatırladaq ki, Kanada iyulun 7-də sanksiya siyahısında Rusiyadan daha 29 nəfərin və 15 şirkətin salındığını bəyan edib. Siyahıya əlavə edilənlər arasında “Roskomnadzor” şirkətinin, patriarx Kirillin, RF XİN mətbuat katibi Mariya Zaxarovanın və təbliğatçı Olqa Skabayevanın adları var.
Hürr Tərcüman