Kanadadan Ukraynaya hərbi dəstək – Müdafiə naziri açıqladı
Kanadanın müdafiə naziri Uilyam Bleyr bəyan edib ki, ölkəsi Ukraynaya ümumi dəyəri 70,44 milyon dollar olan 800-dən çox “SkyRanger R70” pilotsuz uçuş aparatı bağışlayacaq.
Hurriyyet.az xəbər verir ki, PUA-lar keçən il Kanadanın Baş naziri Castin Trüdonun Kiyevə səfəri zamanı elan etdiyi 500 milyon dollardan çox yardım paketi çərçivəsində Ukraynaya göndəriləcək.
Kanadanın lazım olduğu müddətcə Ukraynaya dəstək verəcəyini vurğulayan Bleyr deyib: "Bugünkü elan, Ukraynanın düşmənin hədəflərini aşkar etmək və müəyyən etmək üçün ehtiyac duyduğu dronları almasını təmin edir və ölkənin davam edən mübarizəsi üçün kritik əhəmiyyətə malikdir".
Müdafiə Nazirliyi bəyan edib ki, 2022-ci ilin fevral ayından bəri Kanada Ukraynaya 9,7 milyard Kanada dollarından (7,1 milyard dollar) çox yardım ayırıb.
AzPolitika.info