Kanadalı diplomatlara ailələrini Ukraynadan çıxarmaq tövsiyə edildi
2022-01-25 17:54:00
Hurriyyet.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, Kanada hökuməti Kiyevdəki səfirlikdə çalışan diplomatlarını ailələrini Ukraynadan çıxarmağa çağırıb. “The Globe and Mail” nəşri bu xəbəri anonim mənbəyə istinadla yayıb.
Qeyd edək ki, bundan əvvəl Yaponiya, Niderland, Avstraliya, Almaniya, ABŞ və Böyük Britaniya hökumətləri öz diplomatlarını Ukraynanı tərk eləməyə çağırmışdılar.
Hürr Tərcüman