📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanadalı jurnalist: “Amerikalı erməni hərbçi erməni uşaqlarını azərbaycanlılarla partizan müharibəsinə hazırlayır”

2021-10-02 14:42:00

Kanadalı jurnalist: “Amerikalı erməni hərbçi erməni uşaqlarını azərbaycanlılarla partizan müharibəsinə hazırlayır”

“Yahoo News” erməni kəndlərində Azərbaycana qarşı terror dəstələrinin yetişdirilməsi ilə bağlı 5 illik plandan yazıb

Hurriyyet.az xəbər verir ki, ABŞ Hava Qüvvələrində xidmət eləmiş təqaüddə olan erməni əsilli hərbçi Qarabağ torpaqlarının erməni işğalçılarından azad edilməsindən sonra Azərbaycan sərhədinə yaxın ərazidə erməni uşaqlarına terror təlimləri keçir.  Bu barədə “Yahoo News” saytında dərc edilən araşdırma yazıda bəhs edilib. Terror təlimləri keçən uşaqlar deyirlər: “Azərbaycanlılara qarşı yeni müharibəyə hazırlaşırıq”. Ermənistanda yaşayan kanadalı jurnalist Neil Hauer “Yahoo News” portalındakı məqaləsində yazır: “Azərbaycan sərhədindən sadəcə bir neçə kilometr uzaqlıqda yerləşən Armaş erməni kəndində erməni uşaqları Azərbaycana qarşı müharibəyə hazırlaşdırırlar. Bu, ötən ilin payızında Azərbaycan-Ermənistan müharibəsinin erməni veteranlarının toplaşdığı  kiçik təşkilat olan “Feniks Cəsarət Məktəbi” tərəfindən keçilən təlimlərin bir parçasıdır. Qarşıdakı bir neçə ay içərisində “Feniks” (“Phoenix”) məktəbinin qurucusu və başçısı Aram (ləqəbidir) kənd gənclərinə və uşaqlarına müdafiə taktikaları və müharibə əməliyyatları aparmağı öyrədir. Məqsədi onları gələcək müharibəyə hazırlamaqdır”.

Ermənistandakı yaraqlılar ABŞ-ın İraqdakı “Blackwater”, rusların “Vaqner” qruplaşmaları kimidirlər. Ermənistan da öz muzdlu hərbçilərini yetişdirir. Bunun ilk təşəbbüskarı ABŞ ordusunun erməni əsilli keçmiş hərbçisidir. 13 il boyunca ABŞ Hava Qüvvələrinin xüsusi təyinatlılarının zabiti kimi xidmət eləmiş hərbçi İraq, Əfqanıstan və Mərkəzi Afrikada keçirilən bir çox əməliyyatda iştirak edib. Qarabağ müharibəsindən sonra indi könüllü qüvvələr qurur.

Kəndlərdə terrorçular yetişdirirlər

Aram ləqəbli amerikalı erməni hərbçi deyib: “Hərbi heyətin və könüllülərin əksəriyyətinin döyüş barəsində heç bir təsəvvürü yox idi. Düşmən barəsində heç bir məlumatları yox idi. Heç nə bilmirdilər. Generallar belə 1950-ci illərdən qalma döyüş təlimləri keçirdilər. Bunu dəyişdirib müasir dövrün partizan təlimini keçirik. Yanvar ayında “Feniks”i qurduq. Bir neçə qrupa təlim keçib hazır vəziyyətə gətirdik. Hər dəfə iki qrup şəklində 40 nəfərə təlim keçirik. Uşaqlar və gənclər öz qruplarında Suriyadakı kimi partizan (terrorçu – red.) təlimi keçirlər. Dağınıq və kiçik qruplarla döyüş texnikaları öyrədilir. Zatən türk dronları göstərdi ki, artıq müharibə dağınıq və 10-12 nəfərlik qruplar şəklində keçirilməlidir. Təlimlərin keçirildiyi kəndin rəhbəri Hakob Zeynalyan deyib: “Düşmənə çox yaxın olduğumuz üçün “Feniks”lə təlim məsələsi ilə bağlı razılaşdıq”. İkisi də 17 yaşında olan yaraqlı uşaqlar – Hayk ilə Armen deyib: “Növbəti müharibəyə hazırlaşırıq. Nə qədər ki, azərbaycanlılar bizim qonşumuzdur, müharibə edəcəyik”. 

Aram deyib: “5 illik planım var. Əvvəlcə bir-bir kəndlərdə təlim keçəcəyik. Sonra cənuba keçəcəyik. Mən hökumətin eləmədiyini edirəm”. 

Yazının orijinalını buradan oxuya bilərsiniz: https://news.yahoo.com/inside-world-private-war-030000252.html 

Hürr Tərcüman