Kanadanın Baş naziri həyat yoldaşından ayrılır
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Kanadanın Baş naziri 18 illik ailə həyatından sonra yoldaşından ayrılır.
Sofi Qrequar ilə Castin Trüdo 2005-ci ilin may ayında Monrealda evləniblər. O zaman gələcək Baş nazirin fəal siyasi karyerası hələ başlanmamışdı.
Trüdo ailəsinin daxılması xəbərini sosial şəbəkədə paylaşıb, qərarın ikilikdə “çoxlu məzmunlu və ağır söhbətlərdən sonra” verildiyini qeyd edərək yazıb: “Həmişəki kimi, bir-birimizi və birlikdə yaratdığımız və yaratmağa davam edəcəyimiz hər şeyi dərindən sevən və hörmətlə yanaşan dost ailə olaraq qalacağıq”.
Kanada hökumətinin başçısının ofisinin açıqlamasında bildirili ki, Trüdo ilə Qrequar vaxtaşırı birgə tədbirlərdə iştirak eləməyə davam edəcəklər, hazırda isə onlar öz övladlarının tərbiyəsinə diqqət edirlər.
Hürr Tərcüman