📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanadanın qərbində fövqəladə vəziyyət – 30 min sakin köçürülür!

2023-05-08 15:24:00

Kanadanın qərbində fövqəladə vəziyyət – 30 min sakin köçürülür!

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Kanada hökuməti ölkənin qərbindəki Albert əyalətinin 30 min sakininə müraciət edərək, regionu cənginə almış güclü meşə yanğınları ilə əlaqədar onları öz evlərini tərk eləməyə çağırıb.

Nəzarət altına alına bilməyən meşə yanğınları ilə əlaqədar ötən şənbə albert vilayətində fövqəladə vəziyyət elan edilib.

Leysan yağışlar vilayətin cənubundakı yanğınları səngitsə də, şimal rayonlarda vəziyyət çox ağırdır. Fövqəladə xidmətlər hələ yanğının vurduğu zərəri hesablaya bilmirlər.

Hürr Tərcüman