📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanala düşən hərbçinin meyiti tapıldı

2023-04-19 16:03:00

Kanala düşən hərbçinin meyiti tapıldı

Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb. 

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, 17 aprel tarixində itkin düşən 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" və "Aran" dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.