Kanalda batan Aminin meyiti tapıldı
2026-08-09 11:23:49
Beyləqanda kanalda batan 21 yaşlı Amin Əhmədovun meyiti tapılıb.
Hurriyyet.Media -nın məlumatına görə, hadisə avqustun 6-da rayon ərazisindən keçən “Yeni Xan Qızı” adlı kanalda baş verib.
Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.