📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanalda batma təhlükəsi ilə üzləşdi - Xilas edildi

2026-08-07 13:49:33

Kanalda batma təhlükəsi ilə üzləşdi - Xilas edildi

Naxçıvanda gecə saatlarında 1 nəfər Uzunoba Su Anbarını qidalandıran kanalda batma təhlükəsi ilə üzləşib.

Hurriyyet.Media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.