📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanaldan meyiti tapılan qadın kimdir ?

2025-04-25 19:31:32

Kanaldan meyiti tapılan qadın kimdir ?

Oğuzda kanaldan qadın meyiti tapılıb.

Hadisə rayonun Kərimli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 1945-ci il təvəllüdlü Həsənova Qənirə İsmayıl qızının meyiti kəndin ərazisində kanalda aşkarlanıb.

Məlumata görə, 80 yaşlı Q. Həsənovanı ailə üzvləri bu gün səhər saatlarından etibarən axtarıblar. Onun meyiti axşam saatlarında aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. \\Qafqazinfo