📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Karantin tədbirləri bu halda sərtləşdirilə bilər - YENİ AÇIQLAMA - VİDEO

2022-01-11 12:17:00

Karantin tədbirləri bu halda sərtləşdirilə bilər - YENİ AÇIQLAMA - VİDEO

"Əgər "Omikron" ştammı intensiv yayılmaqda davam edərsə, yoluxma sayı sürətlə artarsa, ölənlərin sayı kəskin çoxalarsa, karantin tədbirləri sərtləşdirilə bilər".

Hurriyyet.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan pediatr Günay Rəsulova bildirib.

Onun sözlərinə görə, bu məsələdə əsas olan yoluxma sayından çox insanların xəstəliyi necə keçirməsidir: "Yəni ağırlaşma nə qədərdir? Reanimasiyaya yerləşdirilənlər, ölənlərin sayı nə qədərdir? Karantin tədbirlərinin sərtləşdirilməsinə əsas bu nüanslar təsir göstərir".