Karapetyan "Güclü Ermənistan" partiyasının Baş nazir namizədi seçilib
2026-02-12 15:10:50
İş adamı Samvel Karapetyan "Güclü Ermənistan" partiyasından Baş nazir postuna namizəd seçilib.
APA xəbər verir ki, bu barədə “Newsarmenia” məlumat yayıb.
Məlumata görə, namizədin adı bu gün partiyanın rəsmi təqdimatında elan edilib.
Qeyd edək ki, fevralın 11-də "Güclü Ermənistan" partiyasının qurultayında Samvel Karapetyan eyni zamanda siyasi partiyanın sədri seçilib.