📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Karateçilərimiz Serbiya keçirilən dünya çempionatında tarixi uğur qazandılar — FOTOLAR

2021-11-18 22:14:00

Karateçilərimiz Serbiya keçirilən dünya çempionatında tarixi uğur qazandılar — FOTOLAR

Artıq Vətənə qayıdan Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının üzvləri Serbiyanın Zrenjanin təşkil olunmuş dünya çempionatında tarixi uğur əldə ediblər.
 

Yığma komandamız 60-dan artıq idmançı ilə təmsil olunub və yarışın yekununda 36 medala sahib çıxıb. 

Yığmamız Dünya Müasir Döyüş Növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədovun rəhbərliyi altında bütün yaş qrupları üzrə mübarizə aparıb. 
. 
Böyüklərin yarışında ən yaxşı nəticəni millimizin üzvü, eləcə də Dövlət Sərhəd Xidmətinin əməkdaşı Asiya Məlikova qazanıb. İdmançımızın burnu qırılsa belə, o, əzmkarlıq göstərib. Belə ki, bütün rəqiblərini üstələyən və nəticədə dünya çempionu tituluna yiyələn Asiya, Serbiyada Azərbaycanın Dövlət Himnini səsləndirib.  
 
Yığmamız gənclərin və yeniyetmələrin də yarışında özünü ən yaxşı tərəfdən göstərib. Rəsul Abbasov gənclərin arasında, Kamran Kazımov, Mikayıl Nağıyev, Osman Əlizadə, Mahiyəddin Cəfərli, Şamo Kamilov, Marat Semixov və Xədicə Mürsəlova isə yeniyetmələr arasında qızıl medala layiq görülüblər. 

Finalda Rumıniya komandasını məğlub edən karateçilərimiz ilk dəfə keçirilən qarışıq komanda üzrə yarışda çempion olublar:

1. Arif Məmmədov
2. Kənan Babayev
3. Asim Məmmədov
4. Alika Smixova
5. Muraz Atakişiyev
6. Nicat Quluzadə
7. Asiya Məlikova

Qeyd edək ki, komandamız dünya çempionatında daha 10 gümüş və 16 bürünc medalların sahibi olub.












Zamiq
Demokrat.az