📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Karateçimiz ikinci dəfə DÜNYA ÇEMPİONU OLDU

2021-11-20 19:38:00

Karateçimiz ikinci dəfə DÜNYA ÇEMPİONU OLDU

Dubayda karate üzrə dünya çempionatı davam edir.

Azərbaycan karate yığması ilk qızıl medalını qazanıb.

Belə ki, 68 kq çəkidə yarışan İrina Zaretska çempion olub.

O, finalda italiyalı Silviya Semeraronu məğlub edib.

Qeyd edək ki, bu, milliləşən ukraynalının ikinci dünya çempionluğudur. \\Pravda.az