📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Karpenter Baydenin məktubunu Paşinyana verdi: Orada nə yazılıb?

2024-10-22 22:41:43

Karpenter Baydenin məktubunu Paşinyana verdi: Orada nə yazılıb?

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Karpenter Paşinyana ABŞ prezidenti Co Baydenin məktubunu təqdim edib.

Tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistanın artıq razılaşdırılmış müddəalar əsasında sazişi imzalamağa hazır olduğunu təsdiqləyib və bildirib ki, bu, qarşılıqlı etimadı gücləndirəcək və digər məsələlərin müzakirəsinə müsbət təkan verəcək.

Karpenter ABŞ-ın Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.
Tərəflər Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıb, həmçinin bir sıra digər məsələləri müzakirə ediblər.

Bayden məktubunda Karpenterdən Vaşinqtonun atmaq istədiyi bir sıra addımlar barədə Ermənistanın baş nazirinə məlumat verməsini xahiş edib. Eləcə də İrəvanın Azərbaycanla apardığı müzakirələrə münasibətini öyrənmək istəyib.

“Bildiyiniz kimi, sülh müqaviləsinin qalan maddələrinin hazırlanması əzmkarlıq, hazırcavablıq və kompromis tələb edəcək”. \\Globalinfo.az