Karqo şirkətinin təyyarəsinin havada olarkən MÜHƏRRİKİ YANDI - VİDEO
2025-03-01 23:27:02
Nyu Cersidə Boeing 767 təyyarəsinin mühərriki yanıb. Hurriyyet.Az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Bildirilib ki, amerikan karqo şirkəti FedEx-in təyyarəsi ABŞ-nin Nyu-Cersi ştatının Nyuark Liberti hava limanında mühərrikin yanması səbəbindən təcili eniş edib.
FedEx-dən bildirilib ki, təyyarə İndianapolisə gedərkən havaya qalxanda anidən səmada quşu vurub.