Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
2024-03-11 23:11:36
Martın 11-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib.
Hurriyyet.Az xəbər verir ki, ziyafətdə Azərbaycanın və Qazaxıstanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilir.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.