Kayseridə 4,8 ballıq zəlzələ oldu - Video
2023-03-10 09:16:00
Türkiyənin Kayseri şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
Hurriyyet.az xəbər verir ki, zəlzələ şəhərin Hacılar adlı ərazisində qeydə alınıb.
Yeraltı təkanlar nəticəsində xəsarət alanların olmadığı bildirilir. Zəlzələ anı kameralara da əks olunub.
Xatırladaq ki, martın 7-si Kayseridə ard-arda 3 zəlzələ baş verib.
qafqazinfo.az