📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kazan şəhərində kremotoriya tikiləcək

2023-01-04 16:42:00

Kazan şəhərində kremotoriya tikiləcək

Tatarıstanın paytaxtı Kazan şəhərində Kurqan qəbiristanlığında 250 milyon vəsaitlə krematoriya tikiləcək. Daxilində bir kremasiya sobası olan 1,2 min kvadratmetr sahəsi olan dəfn evi tikiləcək. Tikilinin dövlət-özəl tərəfdaşlıq formatında özəl sərmayə hesabına tikilməsi planlaşdırılır-artıq Tatarıstan Respublikasının İnvestisiyaların İnkişafı Agentliyinə müraciət edilib.
Qərar müsbət olarsa, 2023-cü ilin yazında obyektin tikintisinə başlanılacaq.
Bu qərardan belə anlaşılır ki, o qədər meyit olacaq ki, basdırmağa yer qalmayacaq.
Bundan başqa "Butik FSB" teıeqram kanalının verdiyi xəbərə görə, Rusiyanın "xüsusi hərbi əməliyyat" kimi təqdim etdiyi proses genişmiqyaslı müharibə statusuna keçmək üzrədir. Belə ki, FSB Moskva və Moskva vilayətində tez vaxtda geniş səfərbərlik başlayacağına görə, Moskva hava limanlarında kişilərin uçuşu üçün sərhədlərin bağlanmasına hazırlaşmaq əmri alıb. 

Ülviyyə, Hurriyyet.az