📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş Amerika rəsmisindən AÇIQLAMA: Yaxın Şərqdə sülh molla rejiminin devrilməsi və İran xalqının azadlığa çıxmasına bağlıdır

2022-07-01 12:27:00

Keçmiş Amerika rəsmisindən AÇIQLAMA: Yaxın Şərqdə sülh molla rejiminin devrilməsi və İran xalqının azadlığa çıxmasına bağlıdır

Amerikanın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyasındakı keçmiş səfiri Ken Bləkvel "CNS News"da dərc edilən məqaləsində yazıb ki, Yaxın Şərqdə sülhün bərqərar olması İranda molla rejimin devrilməsi və İran xalqının azadlığa çıxmasından asılıdır.
Vaşinqtonun sabiq rəsmisi bildirib ki, Amerika hökuməti bu məqsədlə İran xalqı ilə "strateji ittifaq" yaratmalıdır.
Bləkvelin sözlərinə görə, molla rejimi daxildə çoxsaylı problemlərlə üzləşib və ölkədə "Xameneiyə ölüm", "Rəisiyə ölüm" kimi anti-hökumət şüarları səsləndirilməyə davam edir. 
Amerika rəsmisi onu da qeyd edib ki, artıq İran rejimi etirazlar çoxaldıqca mitinqlər qarşısında daha da acizləşir və etiraz aksiyalarının çoxalması İran xalqının rejimi dəyişdirmək istəməsindən xəbər verir.

Ülviyyə, Hurriyyet.az