Keçmiş baş nazir müsahibə üçün bir milyon istədi
2024-02-21 23:19:46
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson müsahibə üçün amerikalı jurnalist Taker Karlsondan 1 milyon dollar istəyib.
Bu barədə amerikalı jurnalist Taker Karlson özü danışıb.
O bildirib ki, müsahibə üçün sorğu göndərib, Consonun köməkçisi əvvəlcə müsahibədən imtina edib, lakin daha sonra ona maliyyə şərtləri təqdim edilib.\\Axar.az