📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş baş nazir Rusiya sülhməramlılarının tezliklə Qarabağdan çıxacağını açıqladı

2023-06-12 17:48:00

Keçmiş baş nazir Rusiya sülhməramlılarının tezliklə Qarabağdan çıxacağını açıqladı

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağı tərk edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib.

"ABŞ və Fransa qeyd-şərtsiz Qarabağ məsələsinin olmadığını bəyan edir, Nikol Paşinyan Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Və buna görə də ermənilər ən yaxşı halda orada qonaqdırlar və bunlar ATƏT-in yaratdığı Minsk qrupunun üzvləridir”, - Baqratyan bildirib.

Onun sözlərinə görə, rusların mövqeyi qənaətbəxş deyil, baxmayaraq ki, Fransa və ABŞ-dan fərqli olaraq ruslar Qarabağın statusunun qeyri-müəyyən qalmalı olduğunu, heç olmasa orada Rusiya ordusunun lazım olduğunu deyirlər. 

"Onlar tezliklə oradan ayrılacaq, çünki sülh müqaviləsi imzalanandan sonra rus ordusunu orada saxlamaq sadəcə mənasız olacaq. Bu gün bu, artıq problemlidir, çünki indi bu ordu Laçın dəhlizinə nəzarət edə bilmir və istəmir. Niyə istəmir? Çünki Ermənistan da öz növbəsində oyunlar oynayır. Başa düşmürlər ki, niyə ermənilərə kömək etsinlər”, - eks-məmur vurğulayıb.

qaynarinfo.az