📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş baş nazirin qardaşı həbs edildi

2026-09-18 19:32:48

Keçmiş baş nazirin qardaşı həbs edildi

Ermənistanda keçmiş baş nazir Hovik Abrahamyanın qardaşı Henrik Abrahamyan saxlanılıb.

Hurriyyet.media  bildirir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən yerli mediaya məlumatı təsdiqləyiblər.

Abrahamyan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və bunda köməkçilik göstərmə maddələri üzrə qaldırılmış cinayət işi çərçivəsində saxlanılıb. Ona həmçinin vəzifə saxtakarlığı və saxta sənədlərdən istifadə etmə ittihamları irəli sürülür. Sözügedən həbsdən əvvəl Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Henrik Abrahamyan və Hovik Abrahamyanın iki yeznəsindən qanunsuz mənşəyə malik olduğu ehtimal edilən əmlakın müsadirə olunması ilə bağlı iddianı icraata götürmüşdü. Söhbət 20-dən çox daşınmaz əmlak obyektindən gedir. Henrik Abrahamyan bundan əvvəl də cinayət işlərinin fiqurantı olub. 2018-ci ildə o, qanunsuz silah saxlama işi üzrə saxlanılmışdı. 2025-ci ildə isə ona qarşı vergidən yayınma ittihamı da irəli sürülmüşdü.

Qeyd edək ki, Hovik Abrahamyan 2014–2016-cı illərdə Ermənistan hökumətinə rəhbərlik edib.