📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş baş qərargah rəisi Rusiyadan yararsız hərbi texnika gətirməkdə ittiham olunur

2025-04-02 00:15:56

Keçmiş baş qərargah rəisi Rusiyadan yararsız hərbi texnika gətirməkdə ittiham olunur

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

İttihama görə, Akopyanın səhlənkarlığı nəticəsində 9 il əvvəl Rusiyadan Ermənistana yararsız hərbi texnika gətirilib.

Akopyanla yanaşı, Silahlı Qüvvələrin Raket Qoşunları və Artilleriya Baş İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan da ittiham olunur.

Müqaviləni Movses Akopyan imzalayıb. Nəticədə 4,3 milyard dramdan artıq hərbi texnika alınıb.

 

@ Report