Keçmiş başçının şirkəti ƏLİNDƏN ALINDI - "Notarial qaydada təhvil-təslim..."
2024-03-13 11:43:59
Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevlə bağlı ilginc iddialar səslənib.
Hurriyyet.az xəbər verir ki, bu barədə paylaşımında ttanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat verib.
C.Həsənli iddia edir ki, Qubanın sabiq RİH rəhbərinin şirkətlərindən biri əlindən alınıb.
Jurnalist yazır: "Notarial qaydada təhvil-təslim bir həftə öncə, martın 6-da həyata keçirilib".
Qeyd edək ki, həm də iri biznesmen kimi tanınan Ziyəddin Əliyevin ölkəmizlə yanaşı Ukraynada da böyük biznes şəbəkəsinin olduğu sözlənilir.
dia-az.info