📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş deputatın oğlu vəfat edib - FOTO

2026-04-12 12:35:37

Keçmiş deputatın oğlu vəfat edib - FOTO

Milli Məclisin I və II çağırış deputatı, AMİP-in qurucularından və rəhbərlərindən biri Şadman Hüseynovun oğlu Şaiq Hüseynov vəfat edib.

"AzPolitika" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Şaiq Hüseynov 2014-cü ildə dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

O, həbsdən əvvəl Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində icra məmuru olub.

Allah rəhmət eləsin.