📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş dövlət binasından bir “KamAZ” dəmir oğurlamaq istədilər

2022-12-24 21:48:00

Keçmiş dövlət binasından bir “KamAZ” dəmir oğurlamaq istədilər

Neftçalada külli miqdarda dəmir oğurlanıb.

Daxili İşlər Nazirliyindən Hurriyyet.Az-a verilən xəbərə görə, dekabrın 22-də 3 nəfər “KamAZ” markalı avtomobillə rayon Elektrik Şəbəkəsinin keçmiş inzibati binasının həyətindən 4 ton dəmir qırıntılarını oğurlamağa cəhd göstərib.

Onlar Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxslərin rayon sakinləri E.Əliyev, A.Həsənov və sürücünün S.Həsənov olmaları müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.