📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları oğurlayıb? - DİN-dən açıqlama

2022-06-10 23:46:00

Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları oğurlayıb? - DİN-dən açıqlama

Azərbaycanda xərçəng xəstəsi üçün yığılan pul oğurlanıb.

Xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəsinə pul yığılan Aytən İsmayılzadə kartına toplanmış pulların oğurlandığını bildirib.

O iddia edib ki, təqsirkar keçmiş həyat yoldaşı Kamran İsmayılzadədir. Qadın kartından 2400 manatın oğurlandığını deyib.

A.İsmayılzadə daha sonra pulun 2 min manatının geri qaytarıldığını yazıb.

Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. Qeyd olunub ki, həmin şəxslə bağlı araşdırmalara başlanılıb. \\Qafqazinfo.az