📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş məhkum ödəmə terminalından 2176 manat oğurladı

2023-07-29 11:29:00

Keçmiş məhkum ödəmə terminalından 2176 manat oğurladı

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Eyyub Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun Pirşağı qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından 2176 manat pul oğurlaması müəyyən olunub./axar.az/