📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş müstəmləkələr Fransaya qarşı birləşdilər – 600 əsgər Rusiyada təlim keçir

2021-11-03 14:10:00

Keçmiş müstəmləkələr Fransaya qarşı birləşdilər – 600 əsgər Rusiyada təlim keçir

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Malidə yerləşdirilmələri üçün 600 nəfər əlcəzairli əsgərə Rusiyada tərəfindən Şimali Osetiyada təlim verildiyi iddia edilib.

Mali mətbuatında dərc edilən xəbərlərdə oktyabr ayının əvvəlində 600 nəfər əlcəzairli əsgərə Rusiyanın “Vaqner” özəl şirkəti tərəfindən təlim keçirildiyi və onların yaxın zamanda Bamako şəhərinə göndəriləcəyi iddia edilir.

“Vaqner” muzdlularının Malidə yerləşdiriləcəyi iddiası dünya mətbuatının gündəmində olsa da, Bamako hökuməti məsələ ilə bağlı konkret açıqlama verməyib.

 

Fransa ilə böhranlar Mali ilə Əlcəzairi yaxınlaşdırıb

“Vaqner” muzdlularının Malidə yerləşdiriləcəyi iddiaları səsləndirildikdən sonra Fransa ilə bu ölkə arasında gərginlik yaranmışdı. 

Fransa Prezidenti Emmanuel Makronun Əlcəzairdəki müstəmləkəçilik tarixi ilə bağlı mübahisəli açıqlamalarından sonra ölkələr arasında gərginlik yaranıb.

Müxtəlif məsələlərlə bağlı olsa belə, eyni bir vaxtda Fransa ilə aralarında gərginlik yaranmış Mali ilə Əlcəzair arasında diplomatik əlaqələrin gücləndiyi də diqqəti cəlb edir.

Əlcəzairin Xarici İşlər naziri Ramtane Lamamranın Malidə keçid dövrünün Prezidenti Assimi Qoita ilə 6 oktyabr tarixində keçiriyi görüş bəzi dairələr tərəfindən “Keçmiş müstəmləkələri Fransaya qarşı birləşir” kimi şərh edilmişdi. Danışıqlardan sonra mətbuata açıqlamalar verən Lamamra Mali hökuməti ilə həmrəy olduqlarını nümayiş etdirmək üçün Əlcəzair Prezidenti Əbdülməcid Tebbun tərəfindən göndərildiyini söyləmişdi. 

Fransa ilə Mali arasında “Vaqner” məsələsi

Rusiyanın “Vaqner” şirkətinin Malidə yerləşdiriləcəyi iddialarının səsləndirilməsi fonunda Fransanın ölkəni tərk eləmək qərarını verməsindən sonra Malinin Baş naziri Şogel Kokalla Maiqa Fransanı birtərəfli şəkildə hərəkət eləməkdə ittiham eləmişdi.

Fransanın Sahel bölgəsində həyata keçirdiyi Barxan əməliyyatının komandanı Loran Mişon da Malinin şimalındakı üç bazanı tərk eləmək qərarı ilə bağlı iki ilə yaxın bir dövr ərzində Bamako iqtidarı ilə danışıq apardığını bildirmişdi.

Fransa Prezidenti Makron isə Maiqanın sözlərindən şoka düşdüyünü bildirərək demişdi: “Ard-arda üç dəfə çevriliş baş verən, hökuməti belə olmayan bir ölkədən gələn bu utandırıcı açıqlamalar qəbuledilməzdir. Mali dövlətinin istəyi ilə Malidəyik. Fransa olmasaydı, Mali terrorçuların əlinə keçərdi”.

Makronun Mali hökumətini hədəfə alan bu sözlərindən sonra Fransanın Bamakodakı səfiri M. Coel Meyer XİN-ə çağrılmışdı. 

Hürr Tərcüman