Keçmiş nazirdən Rusiyaya ittiham: “Yoxsa Xəzərə görə başımıza bəla gətirərdilər”
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Xəzər dənizinin statusu ilə bağlı suala əsəbi təpki göstərib.
Hurriyyet.az xəbər verir ki, universitet tələbələri ilə bir tələbə "Doğrudur ki, Xəzərdə İranın payı 50%-dən 11%-ə kimi azaldılıb" sualı sabiq diplomatı qıcıqlandırıb:
"Axı siz tələbəsiniz? İşiniz-gücünüz elm öyrənməkdir! Gedin, öyrənin! 11% məsələsi yalandır. Xəzərin 50%-i əvvəllər kimdə idi ki?
Bəzilərinin tənqid etdiyi şahın bütün dövründə Astara-Hüseynqulu xəttini bir gəmi belə keçməyib. 11% şahın vaxtı üçündür. Astara-Hüseynqulu xətti şah üçündür, İslam Respublikası üçün deyil. Əgər biz Xəzər Konvensiyasını imzalamasaydıq, onlar (güman ki Rusiya nəzərdə tutulur - red.) digər sahilyanı dövlətlərin başına gətirilən bəlaları bizim də başımıza gətirərdilər".
Xatırladaq ki, İran parlamenti hələ də Xəzərin hüquqi statusuna dair Konvensiyanı imzalamayıb.
yenisabah.az