📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş nazirə yeni vəzifə verildi - FOTO

2025-02-27 20:05:53

Keçmiş nazirə yeni vəzifə verildi - FOTO

"Aztelekom" MMC-nin "Şimal-Şərq" regional filialının müdiri Nazim Əliyev vəzifəsindən azad edilib.

"Hurriyyet.az" bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, onun yerinə Rövşən Həmid oğlu Məmmədov təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək "Aztelekom" MMC-nin "Dağlıq Şirvan Regional Filialı"nın müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, R.Məmmədov Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziri olub. O, Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun 2020-ci il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib. Daha sonra isə "Aztelekom" MMC-də işə başlayıb.

Məqaləyə dair fotomateriallar: