📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş nazirin hovuzda meyiti tapıldı

2023-08-30 15:41:51

Keçmiş nazirin hovuzda meyiti tapıldı

Türkiyənin keçmiş qida və kənd təsərrüfatı naziri Kutbettin Arzu vəfat edib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə “Cümhuriyyət” məlumat yayıb. 

O, Türkiyə Böyük Millət Məclisinin (TBMM) nəzdindəki yaşayış evlərinin birinin hovuzunda ölmüş vəziyyətdə tapılıb. Hadisəyə ilkin səbəb kimi ürəktutması göstərilir. 

Faktla bağlı istintaq başladılıb. 

Qeyd edək ki, 68 yaşlı Arzu 2015-ci ildə nazir vəzifəsini icra edib.