📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş nazirin oğluna yüksək vəzifə verildi - SƏRƏNCAM

2026-11-04 17:38:02

Keçmiş nazirin oğluna yüksək vəzifə verildi - SƏRƏNCAM

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub.
sədr müavini təyin edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncam ilə Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyində sədr müavini təyin edilib.  

Xatırladaq ki, dövlət başçısının ötən gün imzaladığı Sərəncamla Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinə sədr təyin olunub.

Yeni nazir müavini Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

Dosye: Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2017-ci ildə İsveçrənin IMD Biznes Məktəbində biznesin idarə olunması üzrə MBA dərəcəsinə yiyələnib. 2020-ci ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 2004-cü ildə "Unibank" KB-da başlayıb. 2009-2015-ci illərdə "Bank Respublika" ASC-də filial direktoru və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib.

2016-2018-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.