Keçmiş nazirin qızı da deputatlığa namizəd oldu
2024-07-18 13:22:01
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova deputatlığa namizəd olub.
Hurriyyet.az xəbər verir ki, Nigar Məmmədovanın adı YAP-ın deputatlığa irəli sürülmüş namizədlərinin adları siyahısındadır.
Onun namizədliyi 48 saylı Abşeron birinci seçki dairəsindən irəli sürülüb.
Xatırladaq ki, Nigar Məmmədova keçmiş Ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Fikrət Məmmədovun qızıdır.
Editor.az